Myprotein Gizlilik Siyasəti

Myprotein daima müştərimizin gizliliklərini qorumağa çalışır. Xahiş edirik ki, vaxtınızı ayıraraq, sizin barənizdə hansı məlumatları topladığımızı, onları necə istifadə etdiyimizi və hüquqlarınızı izah edən bu bildirişi nəzərdən keçirin. “The Hut.com Limited” (“ Myprotein ”, "biz"), www.myprotein.com.az tərəfindən və ya həmin sayt daxilində və əlaqədar tətbiqlər (proqramlar) vasitəsilə toplanmış şəxsi məlumatların nəzarətçisidir.

Sizin haqqınızda hansı şəxsi məlumatlarınızı toplayırıq?

Bizə birbaşa və ya saytdan istifadə etməklə verdiyiniz şəxsi məlumatları toplayırıq. Bu məlumatlar aşağıdakılardan ibarət ola bilər:

  • Saytımızdan istifadə etdiyiniz zaman bizə təqdim etdiyiniz məlumatlar (məsələn, adınız, əlaqə məlumatlarınız, cinsiniz, məhsul şərhləri və hesabınıza əlavə etdiyiniz digər bütün məlumatlar);
  • Bizdən və ya saytımızı istifadə etməklə hər hansısa bir alış-veriş etdiyiniz təqdirdə pul əməliyyatları və çek məlumatları (məsələn, kredit/debit kartı məlumatları və çatdırılma məlumatları);
  • Bizimlə qarşılıqlı əlaqələrinizin qeydləri (məsələn, müştəri xidmətləri ilə və ya sosial media vasitəsi ilə əlaqə saxlasanız);
  • Yarışmaya daxil olduğunuz və ya sorğuda iştirak etdiyiniz zaman təqdim etdiyiniz məlumatlar;
  • Çərəzlər və ya digər izləmə texnologiyalarıyla (məsələn, siz baxdığınız səhifələr və ya e-poçt yeniləmələrimizdən birində bir bağlantıya tıklamağınız) avtomatik olaraq toplanan məlumatlar. Həmçinin, saytımıza daxil olmaq üçün istifadə etdiyiniz cihaz haqqında məlumatlar da toplaya bilərik;
  • Saytın təmin edilməsi üçün lazım olan digər məlumatlar, məsələn, bizə razılıq verdiyiniz təqdirdə fiziki yeriniz.

Mağazalarımızdan birində alış-veriş edərsəniz, yuxarıda göstərilən məlumatlarla mağaza daxilində bizə verdiyiniz məlumatları birləşdirə bilərik (məsələn, alış-veriş etdiyinizdə və ya bizim poçt siyahımıza mağazada daxil olsanız).

Bu şəxsi məlumatlardan nə üçün istifadə edirik?

Saytımızdan necə istifadə etdiyinizdən, bizimlə qarşılıqlı əlaqələrinizdən və bizə verdiyiniz icazələrdən asılı olaraq, şəxsi məlumatlarınızı istifadə etmə məqsədlərimizə aşağıdakılar daxildir:

  • Sifarişinizi yerinə yetirmək və onlayn hesabınızı davam etdirmək.
  • Müştəri xidmətlərimizə gələn hər hansısa bir sorğu və ya şikayətə cavab verə bilmək.
  • Saytımızı fərdiləşdirmək məqsədilə hesab məlumatlarınıza, alış-veriş tarixçənizə və saytdan istifadə fəaliyyətinizə əsaslanaraq ən çox maraqlandığınızı məzmunu göstərmək.
  • Saytın təkmilləşdirilməsi və saxlanılması, həmçinin onun istifadəsinə nəzarət etmək.
  • Bazar araşdırmaları məqsədilə, məsələn, məhsullarımız haqqında geribildirim üçün sizə müraciət edə bilərik.
  • Sizə marketinq mesajlarını göndərmək və icazəmiz olduğu və ya başqa bir şəkildə icazə verdiyiniz tədirdə ünvanlı fərdiləşdirilmiş reklamları göstərmək.
  • Təhlükəsizlik məqsədləriylə, fırıldaqçılığı araşdırmaq və özümüzü, eləcə də üçüncü tərəfləri qorumaq məqsədilə.
  • Hüquqi və tənzimləyici öhdəliklərimizi yerinə yetirmək.

Verilən məlumatların qorunması haqqında qanuna əsasən, şəxsi məlumatlarınızı işləmək üçün aşağıdakı hüquqi dayaqlara əsaslanırıq:

  • Sizinlə sözləşmə bağlamaq üçün və ya sözləşməyə daxil olmazdan öncə ilkin addımlar atmaq üçün məlumatların işlənməsi (məsələn, bizdən alış-veriş etdiyiniz təqdirdə biz sizin məlumatlarınızı istifadə edib ödənişi həyata keçirdir və sifarişinizi yerinə yetiririk).
  • Siz razılığınızı əldə etdiyimizə görə (məsələn, bir sorğu ilə əlaqə saxladığınız halda, hesabınıza əlavə məlumat əlavə etdikdə və ya bizdən marketinq məlumatları qıbul etməyə razı olduğunuz halda).
  • E-ticarət provayderi kimi xidmətlərimizi saxlamaq və inkişaf etdirmək üçün qanuni maraqlarımız olduğu üçün. Biz həmişə ən yaxşı məhsul və müştəri təcrübəsini təqdim etmək üçün müştərilərimiz haqqında daha çox məlumat əldə etməyə çalışırıq. Saytın görünüşünü sizə uyğunlaşdırmaq, məhsul və təkliflər baxımından daha maraqlı və müvafiq etmək üçün sizin haqqınızda məlumatlardan istifadə edirik.

Saytımız sizə bədəninizin tipi, cildinizin növü, saçınızın tipi və vəziyyəti, təlim rejimi, performans məqsədləriniz, boyunuz və çəkiniz haqqında detalları hesabınıza əlavə etmək imkanı verə bilər. Başa düşürük ki, sağlamlığınız və ya etnik mənşəyiniz haqqında informasiyanı açığa çıxara biləcəyi üçün bu məlumatlarla xüsusi həssaslıqla davranırıq. Bu informasiyanı bizə ümumiyyətlə verməyə və ya istənilən vaxt onu silə, həmçinin dəyişdirə bilərsiniz.

Marketinq

Müştərilərimizlə ünsiyyət qurmağı xoşlayırıq və buna görə də marketinq seçimlərinizdən asılı olaraq, şəxsi məlumatlarınızı marketinq mesajlarını e-poçt, telefon və ya poçt vasitəsilə göndərmək üçün istifadə edə bilərik. Saytımızdakı gəzinmə və satınalma fəaliyyətinizə, həmçinin sizin haqqınızda saxladığımız digər məlumatlara əsaslandıqları üçün bu mesajlardan bəziləri sizə uyğun ola bilər.

Əgər siz artıq marketinq kommunikasiyalarını almaq istımirsinizsə (və ya əksinə), istənilən vaxt bizimlə əlaqə saxlaya (aşağıda göstərilən detallardan), hər hansı bir e-poçtdan 'abunəlikdən çıx’ bağlantısına tıklaya və ya hesabınızdakı ayarlarınızı dəyişdirə bilərsiniz. Marketinqdən imtina etsəniz belə, bəzən xidmət mesajları ilə bağlı sizinlə əlaqə saxlaya biləcəyimizi nəzrə almağınızı xahiş edirik (məsələn, sifariş və çatdırılma təsdiqi və qanuni hüquqlarınız haqqında məlumat).

Sosial mediada, o cümlədən, üçüncü tərəflərin saytlarında saytımızın reklamlarını görə bilərsiniz. Bu reklamlar çerezlərdən istifadə edərək sizin üçün uyğunlaşdırıla bilər (hansı ki bizə veb fəliyyəti izləyərək bizim saytı ziyarət edən müştərilərə reklam göstərməyə imkan verir). Sosial media, axtarış nəticələri və ya başqa yerlərdə gördüyünüz online bir reklam, bizim sosial şəbəkə və ya onlayn reklam təminatçısı ilə əməkdaşlığımız nəticəsində və ya bizim müştərilərimizin demoqrafik profilinə uyğun istifadəçi olduğunu üçündür. Bəzi hallarda bu, e-poçt ünvanınızı sosial şəbəkə və ya reklam təminatçımızla paylaşmağı ehtiva edə bilər. Əgər xüsusi reklamları görmək istəmirsinizsə brauzerinizdə və üçüncü tərəf saytlarında çərəz və gizlilik parametrlərini dəyişə bilərsiniz.

Bu şəxsi məlumatları kimlərlə bölüşürük?

Aşağıdakı hallarda müştərilərin şəxsi məlumatlarını üçüncü tərəflərlə bölüşə bilərik:

  • Şirkətlər qrupumuzdakı digər şirkətlərlə, saytın istifadəsi üçün zəruri hallar olduqda.
  • Bizim təchizatçılarımız və bizim üçün çalışan xidmət təminatçıları ilə, məs. ödəniş vasitələri və çatdırılma şirkətləri.
  • Bizim peşəkar və hüquqi məsləhətçilərimizlə.
  • Fırıldaqçılıq qarşısının alınması və aşkarlanması ilə məşğul olan üçüncü şəxslərlə.
  • Hüquq-mühafizə orqanları və ya digər dövlət orqanları, məs. bir fırıldaqçılığı bildirmək və ya qanuni bir tələbə cavab olaraq.
  • Hər hansı bir biznes aktivi satdığımız halda, müştərilərimizin şəxsi məlumatları potensial alıcıya açıqlana bilər. Bu halda, alıcının bu Gizlilik Siyasəti şərtlərinə tabe olması üçün bütün cəhdləri edəcəyik.
  • Əks halda, razılığınız olduqda və ya qanuni yolla bunu etməyə icazə verilirsə.

Saxlama və qoruma

Biz dünyanın hər yerindən olan xidmət təminatçıları ilə əməkdaşlıq edirik. Buna görə də, şəxsi məlumatlarınız, yerli qanunvericiliklə müqayisədə daha az informasiya hüquqlarınız ola biləcəyi ölkələr də daxil olmaqla, Avropadan kənarda olan ölkələrdə işlənə bilər. Əgər fərdi məlumatları Avropa İqtisadi Sahəsi xaricinə köçürsək, qanun tələblərinə uyğun olaraq, məxfilik hüquqlarınızın müvafiq təhlükəsizlik tədbirləri vasitəsilə, xüsusilə də AB standart müqavilə şərtləri tərəfindən tam qorunmasını təmin edəcəyik. Bu təhlükəsizlik tədbirləri haqqında daha ətraflı məlumat istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

Biz şəxsi məlumatlarınızı yuxarıda göstərilən məqsədlər üçün lazım olduğu müddətcə saxlayacağıq. Bu müddət bizimlə qarşılıqlı əlaqələrinizə görə dəyişəcəkdir. Məsələn, bizdən etdiyiniz alış-verişin detallarını çek, vergi və zəmanət məqsədləri üçün lazım ola biləcək müddətdə saxlayacağıq. Qanuni iddiadan qorunmaq üçün lazımi müddətdə sizinlə olan yazışmaları saxlaya bilərik (məsələn, bir məhsul haqqında şikayət etdikdə). Artıq məlumatlarınızı saxlamağa ehtiyacımız yoxdursa, onu siləcəyik. Nəzərə alın ki, marketinq kommunikasiyalarımızdan çıxdığınız zaman marketinq e-poçtlarını gələcəkdə bir daha göndərməməyimiz üçün elektron ünvanınızın qeydini saxlayacağıq.

Təhlükəsizlik

Bu sayt məlumatların saytı tərk etdikdə şifrələnməsini təmin edir. Bu proses, icazəsiz girişin qarşısını almaq üçün informasiyanın və ya məlumatların bir koda çevrilməsini əhatə edir. Bu Sayt daima bu prosesi izləyir və bütün kredit və debit kartı əməliyyatlarının qorunmasını təmin etmək üçün təhlükəsiz üsullardan istifadə edir. Sayta daxil olan və tərk edən müştəri məlumatlarının qorunması üçün SSL kimi şifrələnmə metodları istifadə olunur.

Şəxsi məlumatların bizim saytda hər zaman qorunduğundan əmin olmaq üçün əlimizdən gələn hər şeyi etsək belə, saytımıza ötürülən məlumatların təhlükəsizliyini və doğruluğuna tam zəmanət verə bilmərik.

Uşaqlar

Saytımız 18 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulmayıb və istifadə edilməməlidir. Biz bilə-bilə 18 yaşınadək olan uşaqların şəxsi məlumatlarını toplamırıq.

Çerezlər

Saytlarımız, müəyyən funksionallığı təmin etmək, saytın performansını öyrənmək və ölçmək, həmçinin, fərdiləşdirilmiş reklam vermək üçün çerezlər və bənzər texnologiyalardan istifadə edir. İstifadə etdiyimiz çerezlər və çerez parametrlərini necə dəyişə biləcəyiniz haqqında daha ətraflı məlumat üçün Çerez Politikamıza baxın.

Hüquqlarınız

Şəxsi məlumatlarınızla bağlı onların oxuması, daşıması, düzəldilməsi və silinməsi kimi müəyyən hüquqlarınız var.

Ayrıca, şəxsi məlumatlarınızın müəyyən məqsədlər üçün istifadə edilməsinə (o cümlədən marketinq göndərilməsi üçün) etiraz etmək hüququnuz var. Marketinqdən imtina etməklə bağlı daha ətraflı məlumat üçün, yuxarıda 'Marketing' bölümünə baxın.

Müvafiq qanunvericiliyə uyğun olaraq hüquqlarınızı təmin etmək üçün istənilən istəkləri yerinə yetirəcəyik. Amma nəzərə alın ki burda bir sıra məhdudiyyətlər var və buna görə də elə hallar ola bilər ki, istəyinizi yerinə yetirmək mümkün olmasın. Şəxsi məlumatlarınızla bağlı hər hansı bir tələb göndərmək üçün və ya şəxsi məlumatlarınızla bağlı hər hansı bir sualınız və ya narahatlıqlarınız varsa aşağıdakı məlumatları istifadə edərək bizə müraciət edə bilərsiniz. Məlumat qorunması üçün yerli nəzarət orqanınızla da əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə

Gizlilik Siyasətimizin hər hansı bir aspekti ilə bağlı hər hansı bir sualınız varsa, aşağıdakı əlaqə vasitələrdən bizə müraciət edin:

Telefon: 0161 8131481

E-poçt: feedback@thehutgroup.com

Ünvan: Customer Services, Meridian House, Gadbrook Park, Cheshire, CW9 7RA

Son yenilənmə 14/05/2018

Back to top